18 fevral 2014 15:15
Milinko Pantiç: Qoy Xəzər Lənkəran Bakı haqda düşünsün
Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 22-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Bundan çətin oyun görmürəm. Çünki “Xəzər Lənkəran” ardıcıl 3 tur rəqiblərindən xal qoparmağı bacarıb. Özü də güclü komandalara qarşı çıxış edib. Biz də 3 oyundur, yenilmirik. Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür. Mən də istəyərəm ki, sabah bir qədər aşağı pillələrdə qərarlaşan komanda ilə üz-üzə gələk. Təəssüf ki, bu, indi mümkün deyil. Qış fasiləsindən sonra “Bakı”nın 3, “Xəzər Lənkəran”ın isə 2 qələbəsi varsa, rəqib bizim haqda düşünməlidir”.
(Klub saytı)
