17 fevral 2014 12:22
AFFA qapıçılar üzrə məşqçilər üçün seminar keçirir
Bu gün AFFA-nın inzibati binasında qapıçı məşqçiləri üçün seminar başlayıb. Azerisport.az xəbər verir ki, müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Topaz Premyer Liqası və Birinci divizion klublarının qapıçılar üzrə məşqçilərinin iştirak etdiyi seminar mərhələli qaydada davam edəcək və aprelin 17-də yekunlaşacaq.
Məşğələlərə yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes rəhbərlik edir.
(AFFA)
