17 fevral 2014 00:11
Budak sarı vərəqə aldı, komandası uduzdu
Dünən Türkiyə birinci divizionunda 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” səfərdə “Balıkesirspor”la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Budak oyunda sarı vərəqə almaqla yadda qalıb və 75-ci dəqiqədə əvəzlənib.
Hazırda “Qaziantep BB” 26 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
