17 fevral 2014 11:55
Emin Mahmudov Azərbaycan yığmasından çıxış etmək arzusunda deyil
Rusiyanın “Krılya Sovetov” (Samara) klubunun yarımmüdafiəçisi Emin Mahmudov Bu yaxınlarda komandanın iki yoxlama oyununda iştirak edib və qol vurmaqla fərqlənib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, futbolçu klub televiziyasına müsahibəsində bu görüşlərin nə ilə fərqləndiyi, toplanışların necə keçməsi və ilin ilk rəsmi oyununda “Lokomotiv”ə qarşı komandasının hazırlığından danışıb.
Mahmudov həmçinin, Azərbaycan yığmasında çıxış edəcəyi ilə bağlı məlumatı təkzib edib.
Xatırladaq ki, bu yaxınlarda AFFA futbolçunun millidə çıxış etmək istəyi ilə maraqlanmış və futbolçu əleyhinə olmadığını bildirmişdi.
