17 fevral 2014 11:11
Xəzər Lənkəranın afrikalı cütlüyü 10 qolu aşdı
Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın iki futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vurmuş Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda komandamızın ikinci qolunu vurmuş Etame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legionerimiz 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar
|
1
|
Zaur Ramazanov
|
44
|
|
2
|
Samir Əliyev
|
34
|
|
3
|
Rahid Əmirquliyev
|
27
|
|
4
|
Mario Souza
|
26
|
|
5
|
İvan Tsvetkov
|
24
|
|
6-8
|
Vüqar Nadirov
|
18
|
|
|
Rəşad Abdullayev
|
18
|
|
|
Oqtay Dərəlioğlu
|
18
|
|
9-10
|
Allan Lalin
|
14
|
|
|
Branimir Subaşiç
|
14
|
|
11
|
Edmond N'Tiamoa
|
13
|
|
12-14
|
Emin Quliyev
|
12
|
|
|
Alim Qurbanov
|
12
|
|
|
Uinston Parks
|
12
|
|
15-18
|
Etame Mbilla
|
11
|
|
|
Adrian Manuel Skarlatake
|
11
|
|
|
Junior Osvaldo
|
11
|
|
|
Emeka Opara
|
11
|
|
19
|
Sadio Tounkara
|
10
|
(Klub saytı)
