17 fevral 2014 11:00
Yuri Syomin: Qəbələdə heç bir problem yoxdur
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin müsahibəsində Azərbaycandakı işindən, Rusiya futbolu ilə Azərbaycan futbolunun fərqindən danışıb. Azerisport.az Syominin müsahibəsini diqqətinizə çatdırır:
- Qəbələdə iş şəraiti necədir? İnfrastrukturdan razısınız?
- İnfrastruktur əladır. Düşünürəm ki, buna istənilən klub həsəd aparar. Burada əla futbol məktəbi var. Demək olar ki, bütün rayondan bura uşaqlar gəlir, klub formasını geyir, onlar üçün şərait yaradılıb və əhvalları da müvafiqdir. Gözəl meydanlar var. Həm təbii, həm də sintetik örtüklü. Komandamıza gəlincə, “Qəbələ”də bizim heç problemimiz yoxdur. Yaxşı mehmanxanada yaşayırıq. Altı meydan var ki, biz müxtəlif vaxtlarda məşq edə bilərik. Bir qədər yeganə acı an azarkeşlərin oyuna az gəlməsidir. Buna rəğmən, ayrı-ayrı oyunlar Türkiyədə olduğundan pis keçmir. Ancaq oyunlara gələnlər azdır.

- Azərbaycan çempionatının səviyyəsi Rusiya çempionatından fərqlənir?
- Rusiya səviyyəsi, əlbəttə, yüksəkdir. Rusiyada klublar daha varlıdır. Azərbaycan klubları isə yenicə tərəqqi edir. Onlar düzgün yoldadır. Çünki bir çox komandaların - “Bakı”, “İnter”, “Neftçi”nin gözəl infrastrukturu var. Uşaqlara diqqət ayırırlar. Mən düşünürəm ki, Azərbaycan çempionatı da inkişaf etməkdə davam edəcək.

- “Qəbələ” Rusiya çempionatının yüksək liqasında oynasaydı, neçənci yerdə olardı?
- Biz müqayisə etməyəcəyik. Biz yalnız öz aramızda görüşəriksə, danışa bilərik. “Qəbələ” Nijni Novqorodla tam bərabər oyun oynamışdı. Bizim heç bir problemimiz yox idi. Ancaq bu yoldaşlıq oyunudur. Mən düşünürəm ki, rəsmən görüşəndə, bu və ya digər komandanın gücü haqda danışmaq olar.

- Siz özünüz şəraitə uyğunlaşmısınız? Axı Qəbələ paytaxtdan uzaqda yerləşir.
- Qəbələ paytaxt deyil, ancaq bura gözəl yerdir. Əla, təmiz dağ havası, yaxşı şərait, möhtəşəm mehmanxanalar, sakit guşə. Buna görə də mənim heç bir problemim yoxdur. Hamı ilə qarşılıqlı yaxşı münasibət var.

- Rusiya çempionatını da izləməyə vaxt tapırsınız?
- Mən həm Rusiya, həm Türkiyə, həm Ukrayna, həm də İngiltərə çempionatlarına çatıram. Hamısına baxırıq.

- Şimali Qafqazda futbolun böhranının səbəbi nədir?
- Düşünürəm ki, “Terek” kifayət qədər güclü komandadır və o dirçəlir. Anji də mümkün hər şeyi edəcək. Yəqin ki nə vaxtsa hər hansı qərarlar səhv olub. Yəni ən vacib qərarlar. Ancaq futbol orada olduğu kimi də var olacaq. Oradan çox oyunçular yetişib çıxıb. Xüsusən, Şimali Osetiya ölkəyə çox futbolçular bəxş edib. Düşünürəm ki, böyük miqyasda diqqəti Şimali Osetiya və Kabardin-Balkarıstana ayırmaq lazımdır.

(Vestnik Kavkaza)