17 fevral 2014 19:55
İsrafilov komandasına qələbə qazanmağa kömək etdi
İspaniyada Sequndanın 26-cı turu başa çatıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Real Mursiya” səfərdə “Alaves”lə qarşılaşıb və rəqibini 1:0 məğlub edib.
İsrafilov meydanda 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, hazırda “Real Mursiya” 36 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
