17 fevral 2014 17:11
Türkiyə KİV-i: Mənsimov Eto’Onun transferi barədə Abramoviçlə danışıb?
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Çelsi”nin hücumçusu Samüel Eto’O-nun “Beşiktaş”a keçməsində yardımçı ola bilər. Azerisport.az xəbər verir ki, İstanbul klubunu ən varlı azarkeşlərindən biri kamerunlu hücumçunu “Qara qartal”ın caynağına keçirə bilər.
Türkiyə KİV-nin məlumatına görə Mübariz Mənsimov bu yöndə “Çelsi” klubunun prezidenti Roman Abramoviçlə artıq danışıqlar aparıb.
(Maraton.com.tr)
