17 fevral 2014 16:44
Georgi Nikolov: Məğlubiyyətdən başqa istənilən nəticə qəbul ediləndir
"İnter"in prezidenti Georgi Nikolov azerisport.az saytına açıqlamasında növbəti tur "Neftçi" ilə oyun haqda fikirlərini bölüşüb:
"Neftçi hər zaman güclü rəqib olub. Azərbaycan çempionuna qarşı oynamaq çətindir. Onların güclü heyəti var. Ehtiyatda itkiləri əvəz edəcək kifayət qədər futbolçuları var. Bakı ilə görüşdə oyunları alınmadı. Bu o deməkdir ki, bizimlə görüşə daha yaxşı hazırlaşacaqlar. Son turlar xal itirməsinə baxmayaraq “Neftçi” iddialı komandalardan biridir. Fikrimcə ağ-qaralar liderə yaxınlaşmaq üçün yalnız qələbəyə oynayacaq. Biz səfərdə oynayırıq. Məğlubiyyətdən başqa digər nəticə bizim üçün qəbul ediləndir. Heç-heçə olsa məyus olmayacağıq."
Georgi Nikolov həmçinin, yeni futbolçu Dieqo Madriqaldan danışdı: "Madriqal son oyunda komandaya qələbə qazandırdı. Meydana çıxandan sonra topa ilk toxunuşunda qol vurdu. Onun komandaya tez uyğunlaşması məni ancaq sevindirə bilər. “İnter”ə xeyir verəcəyinə inanıram".