17 fevral 2014 16:00
Dördlər finalının püşkatma mərasiminin keçiriləcəyi vaxt məlumdur
Futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək Dördlər finalının püşkatma mərasiminin keçiriləcəyi vaxta aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, final mərhələsinin püşkatma mərasimi martın 12-i 15:00-da baş tutacaq.
Xatırladaq ki, oyunlar 24-26 apreldə keçiriləcək. Püşk rəqiblərin yarımfinal cütünü müəyyən edəcək.
Həlledici mərhələdə təmsilçimiz “Araz”la yanaşı, Kubokun hazırkı sahibi ”Kayrat” (Qazaxıstan), “Barselona” (İspaniya), “Dinamo” (Rusiya) iştirak edəcək.
(UEFA)
