17 fevral 2014 15:55
Simurq 22-ci tura hazırlaşır
Son üç oyunda məğlub olan və "qara zolaq"dan çıxmağın planlarını cızan "Simurq", hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan komandada zədə səbəbindən "İnter"lə oyunda forma geyinməyən Anderson Oliveyra da iştirak edib.
Yalnız ailə problemlərinə görə icazəli olan Patrik Osiako dünənki çalışmalara qatılmayıb.
Topaz Premyer Liqasının XXII turu çərçivəsində "Sumqayıt"ı qonaq edəcək komandamız bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq.
Fervalın 19-da keçiriləcək qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
