17 fevral 2014 15:44
Rəvan liderə qarşı oyuna hazırlığı davam etdirir
Topaz Premyer Liqasının 22-ci turunda "Qarabağ”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da çalışmalarını davam etdirən komanda həftəiçi keçiriləcək qarşılaşmaya hazırlaşır.
Baş məqşçi Güvənc Kurtarın rəhbərliyi altında keçirilən məşqlərdə komandanın bütün üzvləri iştirak edir. Hüseyn Axundovun cəzasını başa vurması məşqçilər korpusunu sevindirir. Sevindirici məqam həm də Aqil Nəbiyevin sağalması və Tofiq Mikayılovun artıq komanda ilə birgə tam məşqlərə başlamasıdır.
Qeyd edək ki, "Rəvan” - "Qarabağ” oyunu fevralın 19-u 17:00-da başlayacaq. "Bayıl” stadionunda keçiriləcək qarşılaşma "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
