17 fevral 2014 15:11
Asif Məmmədov Neftçiyə qarşı oynamayacaq
"İnter" - "Neftçi" ilə oyunda əsas futbolçularından biri Asif Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, zədəli futbolçu hələ də məşqlərdə iştirak etmir.
Həkimlər onun 10 gün sonra birgə məşqlərə başlayacağını bildirib. Futbolçunun martda meydana qayıdacağı gözlənilir.
