17 fevral 2014 15:00
Topaz Premyer Liqası: 22-ci tur rəqəmlərin gözü ilə
Bu həftə Topaz Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar təqvimdə dəyişikliklər edildiyindən qarşılaşmalar həftəsonu deyil, çərşənbə günü baş tutacaq.
Bütün matçları eyni gündə baş tutacaq tur “İnter” və “Neftçi” arasında paytaxt derbisi və “Xəzər Lənkəran”la “Bakı” arasında maraqlı qarşılaşmalarla əlamətdar olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı artıq neçə ildir formalaşan ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.
XXII tur 19 fevral (çərşənbə)
“Rəvan” (Bakı) - “Qarabağ” (Ağdam) +0=4-2, top fərqi 4-7
AZAL (Bakı) - “Qəbələ” (Qəbələ) +7=5-4, top fərqi 26-12
“Xəzər Lənkəran” (Lənkəran) - “Bakı” (Bakı) +7=11-8, top fərqi 26-25
“Neftçi” (Bakı) - “İnter” (Bakı) +19=11-7, top fərqi 57-32
“Simurq” (Zaqatala) - “Sumqayıt” (Sumqayıt) +8=0-0, top fərqi 12-3
(PFL)
