17 fevral 2014 14:33
Rüfət Dadaşov Lüksemburq çempionuna qol vurdu
Millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, rəqib Lüksemburq çempionu “Fola” komandası olub.
Oyun Almaniya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov oyunda ilk qolun müəllifi olub.
