17 fevral 2014 14:14

Alberto Noquera: Lənkəran səfərindən qələbə ilə qayıtmağa borcluyuq

"Bakı"nın futbolçusu Alberto Noquera azerisport.az saytına müsahibəsində “Neftçi” ilə oyundan, komandasının şanslarından və “İnter”lə görüşdən danışıb:

- "Neftçi" ilə oyunda inamlı qələbə qazandınız. Demək olar ki, rəqibi yaxşı öyrənmişdiniz...
- Matç gərgin keçdi. Azərbaycan çempionu güclü heyətə malikdir. İlk hissədə bir neçə qol vəziyyəti yaratdılar. İlk dəqiqələrdən hücuma keçdilər. Biz müəyyən mənada, onlardan belə oyun gözləmirdik. Qələbə qazanmağımızda əsas səbəb əzmkar oyundur. Başa düşürük ki, çempionatın startında çox xal itirmişik. Digər tərəfdən, komandamız öz oyununu bərpa edir. Fikir verirsinizsə meydanda özümüzü daha yaxşı hiss edirik.

- 2:0 hesablı qələbəyə baxmayaraq, fasiləyə qədər üstünlük rəqib komandada oldu...
- Oyuna bərabər səviyyə başladıq. Ona görə üstün tərəf demək, düz olmazdı. Sadəcə, “Neftçi” ilk hissədə daha yaxşı oynadı. İlk qoldan sonra biz artıq fəal mübarizəyə başladıq. İkinci qol isə rəqibin oyununu saxladı. “Neftçi” başa düşürdü ki, iki qolun əvəzini çıxmaq çətin olacaq. Bizim üçün əsas 3 xalı qazanmaq idi. Bakı qələbəyə layiq olduğunu göstərdi.

- Növbəti rəqib “Xəzər Lənkəran” olacaq...
- Cənublular qış transfer dövründə bir neçə oyunçu alıb. Komanda mübariz xarakter sərgiləyir. Fasilədən sonrakı matçlarda məğlub olmayıb. Oyunumuz çətin olacaq. İstəyirik, Lənkəran səfərində də qələbə qazanaq. Bunun üçün meydanda bütün gücümüzü göstərəcəyik. Bu oyun bizim üçün daha vacib xarakter daşıyacaq.

- Hazırda “Bakı” və “İnter”in turnir cədvəlində xalları bərabərdir...
- Məhz buna görə bu oyunda heç-heçə bizə sərf etməyəcək. Qələbə qazanmaqla biz irəli çıxa bilərik. Çempionatda bütün komandalar üçün vacib görüşlər başlayır. Bir oyunda xal itkisi mövqeyə ciddi təsir edəcək. “Xəzər Lənkəran”la oyunumuz bir çox məsələlərə aydınlıq gətirə bilər. Qazanılan 3 xalla liderlər qrupuna yaxınlaşacağıq.

- Rəqibin son oyununa baxa bildin?
- “Qəbələ” - “Xəzər Lənkəran” görüşünə baxmamışıq. Yəqin, matç ərəfəsində izləyəcəyik. Hesabda geri olduqları zaman sona qədər mübarizə aparıblar. Yekunda 3:2 hesablı qələbə “Xəzər Lənkəran”ın yaxşı komanda olmasını göstərir. Heyətdə yüksək səviyyəli futbolçular var. Onlarla matçda ehtiyatı əldən vermək olmaz. Üstəlik, bu dəfə oyunumuz 4 gün sonra baş tutacaq. 

- “Bakı” fasilədən sonra fərqli oyun nümayiş etdirir. Çempionluq mübarizəsinə qoşulmaq fikriniz var?
- “Bakı” hər zaman iddialı komanda olub. Mövsümün əvvəlində biz söyləmişik ki, həm çempionatda həm kubokda sona qədər mübarizə aparacağıq. Hazırda ilk 5 komanda medallar uğrunda yarışır. Digər klublar da mübarizəyə qoşula bilər. Qarşıda çox tur qalıb. Ona görə çempionluğun 2-3 komanda arasında həll olunacağı düzgün fikir deyil. Bilmək olmaz, 3 tur sonra hansı komanda neçənci yerdə olacaq.

- Mükafatçılar sırasına düşməyə “Bakı”nın şanslarını necə qiymətləndirirsən?
- Şanslarımız yaxşıdır. Amma istifadə edə bilsək, daha yaxşı olar. İlk 5 komandanın demək olar ki, şansları bərabərdir. Xal fərqi çox azdır. İndiki məqamda fiziki və psixoloji cəhətdən mübarizəyə hazır olmalısan. Çempionatda olduğu kimi kubokda da sona qədər mübarizə aparacağıq. “Bakı” üçün çempionat indi başlayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.