17 fevral 2014 13:44

Dieqo Madriqal: İnterlə titullar qazanmaq və avrokuboklarda çıxış etmək istəyirəm

TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “İnter” matçı kostarikalı Dieqo Madriqal üçün debüt matçı oldu. Azerisport.az xəbər verir ki, futbolçu özünün ilk qolunu vurdu və bunu topa ilk toxunuşunda etdi.
Klub saytına müsahibəsində “havbek” ilk oyunundan bəhs edib, yerli çempionat haqqında fikirlərini bölüşüb və Uinston Parksla söhbətindən danışıb:
-Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nələr hiss etdiniz?
-Böyük xoşbəxtlik hiss etdim. İlk debüt matçın məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.
-Oyun çətin alındı. Uzun müddət tabloda ancaq sıfırlar yazılmışdı və komandaya qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində müyəssər oldu. İlk debütünüz haqqında daha nə demək istərdiniz?
-“Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oyunumuza gəlincə, deyə bilərəm ki, “İnter”ə üç xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.
-“İnter”dəki karyeranızdan nə gözləyirsiniz?
-Bu komandaya keçməyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titulları qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.
-Artıq bir neçə aydır Azərbaycandasınız. Ölkəmiz haqqında və paytaxt Bakı şəhəri barədə nə deyə bilərsiniz?
-Ancaq yaxşı sözlər deyə bilərəm. Bakı çox gözəl şəhərdir. Burada çox qonaqpərvər və mehriban insanlar yaşayırlar. Etiraf edim ki, mənə hələ Bakının gözəl yerlərini görmək müyəssər olmayıb, lakin tezliklə bunu edəcəyəm.
-Yeni komandaya uyğunlaşma prosesi necə alındı?
-Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispandilli futbolçular var və bu da mənim tez uyğunlaşmağıma kömək etdi.
-Necə düşünürsünüz, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?
-Hər şey mümkündür. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdır. Ümid edirəm ki, bunu etmək “İnter”ə müyəssər olacaq.
-Sizədək Azərbaycanda kostarikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdır, buraya gəlməmişdən öncə onunla məsləhətləşdiniz?
-Bəli, mən onunla danışdım. Ona zəng etdim və məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, o, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.
-Maraqlıdır, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nədən danışmağa macal tapdınız?
-Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi, axı Kosta-Rikada həmişə istidir və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldir.
-Ailənizi Bakıya gətirməyi planlaşdırırsınız?
-Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün buraya səfər edəcək.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.