17 fevral 2014 13:11
TRT Xəzər və Dənizlidən danışdı
Türkiyənin TRT kanalı "Xəzər Lənkəran" klubunun səfərdə "Qəbələ" üzərində qələbəsinə biganə qalmayıb. Azerisport.az xəbər verir ki, kanalın idman xəbərlərində cənubluların 3 görüşdən 7 xal topladığı xüsusi vurğulanıb:
"Mustafa Dənizli “Xəzər Lənkəran”da uğurlu seriyaya başlayıb. Qış fasiləsindən sonra komanda 3 oyundan 7 xal toplayıb. Dənizlinin komandası Azərbaycan çempionu "Neftçi" ilə 2:2 oynadı, ardınca "Qarabağ" və Qəbələ" üzərində qələbə qazandı. Son görüşdə hesabda geri olmalarına baxmayaraq, Dənizlinin komandası uğur qazandı. Demək olar ki, Mustafa bəy artıq istədiyi komandanı yaratmağa başlayıb".
