16 fevral 2014 00:33
Tuqrul Erat Uniona vurduğu qol haqda danışdı
Millimizin hücumçusu Tuqrul Erat İkinci Bundesliqanın oyunu çərçivəsində Düsseldorf “Fortuna”sının heyətində Berlin “Union”una vurduğu qoldan danışıb. Azerisport.az xəbər verir ki, Erat bunları söyləyib:
“Doğma tribunalar önündə oynadığımız üçün şadam. Fərqlənə bildiyim üçün xoşbəxtəm. Ancaq biz hər iki hissədə çox yaxşı oynamağımıza rəğmən, qalib gələ bilmədik. Üç xal qazanmaq lazım idi”.
