16 fevral 2014 00:13
Subaşiçsiz Orduspor heç-heçə etdi
Dünən Türkiyə birinci liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” “Kahramanmaraşspor”la qarşılaşıb və oyun quru hesabla sona yetib (0:0).
Subaşiç bu oyunun iştirak ərizəsinə düşməyib.
Hazırda “Orduspor” 46 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
