16 fevral 2014 11:44
Aqil Məmmədov: Hücumlarda son nöqtəni qoya bilməməyimiz bəlamızdır
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Rəvan” oyunu (1:1) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Maraqlı oyun oldu, oyunçular çox həvəsli idi. Oyunun taleyini ilk hissədə həll edə bilərdik. İkinci hissədə bərabər oynadıq. Yaxşı oynadıq, lakin nəticədən narazı qaldım. Müdafiədə buraxdığımız səhvdən qapımızda qol gördük. Hücumlarda son nöqtəni qoya bilməməyimiz bəlamızdır. Ruslan Nəsirli gənc futbolçudur, əsas heyətdə meydana çıxmışdı. Həyəcanlı olduğu hiss olunurdu”.
(PFL)
