16 fevral 2014 11:40
Vaqif Sadıqov: Qarabağ nəticəyə oynayır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - AZAL oyunu (2:1) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Bizə xallar qazanmaq vacibdir. “Qarabağ”a qarşı bundan əvvəlki qarşılaşmada taktiki cəhətdən oynadıq. “Qarabağ” səviyyəli rəqibdir, Komandam sona kimi mübarizə apardı, qol vurduq. Daha bir qol vurub hesabı bərabərləşdirə bilərdik, təəssüf ki, hücumları yekunlaşdıra bilmədik. 29 qol buraxmışıq, bu, pisdir. Komanda ruhuna görə futbolçularıma təşəkkürümü bildirirəm. Həm “İnter”, həm də “Qarabağ” nəticəyə oynayır”.
(PFL)
