16 fevral 2014 11:33
Yuri Syomin: Oyundan sonra heç bir asayiş pozuntusu olmayıb
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin TPL-in 21-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyundan (2:3) sonra azarkeşlərlə yaranmış qarşıdurma haqda yayılmış məlumatı təkzib edib. Azerisport.az İTAR-TASS-a istinadən xəbər verir ki, Syomin bunları söyləyib:
“Bu haqda ilk dəfə eşidirəm. Bu, yanlış məlumatdır. Oyundan sonra heç bir asayiş pozuntusu olmayıb. Hər şey sakit idi”.
Məşqçi həmçinin, Marat İzmaylovun oyunu haqda da fikirlərini bildirib və strateji məsələlərə toxunub: “Marat həm özünü yaxşı hiss edir və həm də kifayət qədər yaxşı oynayır. İkinci dəfə ardıcıl məğlubiyyət, işin xüsusiyyətidir. Biz liderlər qrupundan geri qalmadıq. Azərbaycan çempionatında bütün mübarizə hələ qarşıdadır. Heç kim də təxmin etmirdi ki, “Qəbələ” həmişə qələbə qazanacaq. Bizim tam yeni komandamız və çoxlu yeni futbolçularımız var. Hər şey plan üzrə gedir”.
