16 fevral 2014 11:11
Rəşad Sadiqov: Bakı ilə oyundakı məğlubiyyət bizə dərs olacaq
"Neftçi"nin kapitanı Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində "Bakı" ilə görüşdən, buraxılan səhvlərdən və məğlubiyyətin səbəblərindən danışıb:
- “Bakı” ilə oyunda məğlubiyyətin səbəbləri nədir?
- Bizim buraxdığımız səhvlər məğlubiyyətə səbəb oldu. 3-4 real qol şansımız var idi. Hələ ilk hissədə heç olmasa bir qol vurmalı idik. Amma fasiləyə qolsuz yollandıq. Əgər imkan olmasaydı, belə danışmazdım. Amma yaradılan qol imkanlarını hamı izlədi. Əgər qol vurmuruqsa, deməli, qələbə qazana bilməyəcəyik. Bu oyun başqa hesabla da başa çata bilərdi.
- İkinci hissədə üstünlüyü rəqibə verdiniz. Yorğunluq var idi, yoxsa başqa səbəb var?
- Komandanın 4-5 əsas futbolçusu yoxdur. Bu amil müəyyən mənada nəticəyə təsir etdi. Digər tərəfdən Bakının qolu sanki komandanı ruhdan saldı. İkinci qol isə ümumiyyətlə şanslarımızın üstündən xətt çəkdi. İlk hissədə qol vursaydıq, matç başqa məcrada davam edəcəkdi.
- Qol şansları dedikdə yəqin, Platyenin qol vəziyyətlərini nəzərdə tutursan...
-Uduzanda komanda cavabdehdir. Sadəcə, hər bir zərbənin öz hökmü var. Bəlkə də Platye vursaydı, indi biz sizinlə tam başqa cür danışırdıq.
- “Bakı” layiqli qələbə qazandı?
- Qalib komanda mühakimə olunmur. Onların 2 iki qol vəziyyəti oldu, onu da istifadə etdilər. Futbolda belə olmalıdır. İmkan varsa, vurmaq lazımdır. İstənilən halda, irəli baxmalıyıq. Sadəcə, biz məğlubiyyətə layiq deyildik.
- Bu uğursuzluqdan sonra liderlə xal fərqi bir qədər də artdı...
- Biz tez bir zamanda özümüzə gələcəyik. “Bakı” ilə oyundakı məğlubiyyət bizə dərs olacaq. Bu dərsdən nəticə çıxararaq növbəti oyunlarda qələbə qazanacağıq. Hələ heç nə itirilməyib. 4-5 tur çox şeyi həll edəcək. “Neftçi”ni siyahıdan silmək hələ tezdir.
- Növbəti tur “İnter”i qəbul edəcəksiniz...
- Paytaxt derbisində uduzduq. Digər paytaxt derbisində bəraət almalıyıq. “İnter” layiqli rəqibdir. Həmin oyunda sözümüzü deyəcəyik. Çempionatda kulminasiya nöqtəsi yaxınlaşır. Əgər ardıcıl 4-5 qələbə qazansaq, mövqeyimizi möhkəmləndirəcəyik. Lakin rəqabət artdığı üçün aşkar favorit yoxdur.
- Məğlubiyyətdən sonra çempionluq yolunda böyük zərbə almağınızla razısan?
- Hələ çox oyunlarımız var. Liderlərlə yenidən görüşəcəyik. Ona görə hələlik çempionluq barədə düşünmürük. “Neftçi”nin hədəfləri heç vaxt dəyişmir. Hər bir iddialı ilə matçlarımız var. Məğlubiyyətə görə toparlanmaq daha çox olmalıdır. Həm çempionatda, həm kubokda sona qədər mübarizə olacaq.