16 fevral 2014 16:33
Elxan Məmmədov: Emin Mahmudov Azərbaycan yığmasında oynamaq istəyini bildirib
Rusiyanın “Krılya Sovetov” (Samara) klubunun futbolçusu Emin Mahmudov Azərbaycan yığmasına cəlb edilə bilər. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, Mahmudovun özü bunun marağındadır:
“Bu yaxınlarda Emin Mahmudov Bakıya gəlib və AFFA təmsilçisi futbolçunun yığma ilə bağlı gələcək planları ilə maraqlanıb. Emin qeyd edib ki, Azərbaycan yığmasında oynamağın əleyhinə deyil. Biz ona bildirmişik ki, o, Rusiya və Azərbaycan yığmaları arasında seçim etməlidir. Ancaq onun bu razılığı, futbolçunun Azərbaycan yığmasında oynayacağı demək deyil. Onu toplanışa çağıracaqlar və əgər Foqts xeyir-dua verərsə, Mahmudov millinin oyunçusu olacaq”.
