16 fevral 2014 14:22

Rəşad Sadıqov: Rəvan bizim üçün qeyri-münasib rəqibdir

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində TPL-in 21-ci tur oyunu çərçivəsində AZAL üzərində qələbədən (2:1), komandasının liderliyindən və “Rəvan”a qarşı növbəti tur oyunundan danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Əvvəlcədən bilirdik ki, çox çətin olacaq. Yaxşı ki, birinci hissədə qol vura bildik. Bundan sonra rəqib irəli gedərək müdafiəni açmağa məcbur idi. Biz bundan istifadə edərək ikinci hissənin əvvəlində ikinci qolu da vura bildik. Daha çox qol vura bilərdik, ancaq imkanlarımızdan istifadə edə bilmədik. AZAL Vaqif Sadıqov kimi bir mütəxəssisin rəhbərliyi altında oynayan elə bir komandadır ki, hətta uduzanda belə, mübarizədən qalmır. Bu dəfə də belə idi. Rəqib bir qolun əvəzini çıxdı və hücumda daha fəal oynamağa başladı. Ancaq biz üstünlüyü tərəfimizdə saxlaya bildik. Şadam ki, üç xalı qazandıq.
- Qonaqlar qol vurduqdan sonra, bu dəfə də bu rəqibi məğlub edə bilməyəcəyinizdən ehtiyat hissini yaşadınız?
- Əlbəttə belə hallar olur. Xüsusən, bu tur çempionatın digər liderləri məğlub oldu. Bir anlıq mən də bu gün bu oyunda xal itirəcəyimizi düşündüm. Bilirsiniz, çempionatda bəzən anlar olur ki, ardıcıl olaraq xallar itirirsən. Belə ki, hesab 2:1 olanda bir anlıq fikrimdən keçdi ki, biz də bu gün xallar itirə bilərik. Həmçinin, rəqib standart vəziyyətlər zamanı çox təhlükəli idi.
- Yaxın izləyiciləriniz “Qəbələ” və “Neftçi” dostcasına məğlub oldular. Bununla da, “Qarabağ”a fərqi dörd xal artırmağa imkan verdilər. Sizin üçün yaxşı üstünlükdür. Ancaq bunun komandanı arxayınlaşdıracağından qorxmursunuz?
- Belə üstünlük olanda, müvafiq olaraq arxayınlıq da olur. Ancaq bunun baş verməsinə imkan vermək olmaz. Artıq dörd gündən sonra bizi “Rəvan”a qarşı oyun gözləyir. Bildiyiniz kimi, onlarla da problemimiz var. İki dəfə oynayıb xal itirmişik. Bu komanda bizim üçün qeyri-münasib komandalardan biridir. Ümumilikdə qarşıda hələ 15 tur var. Bu müddət üçün isə dörd xal elə də böyük fərq deyil ki, arxayınlaşasan. Məhz bunu da bizim oyunçular anlamalıdır. Rəqiblər güclüdür və istənilən büdrəmə bizə baha başa gələ bilər.
- Admir Telinin müdafiənin mərkəzində yoxluğu çox hiss edilirdi?
- Elə etməyə çalışırdıq ki, hiss edilməsin. Əlbəttə, oyunçu itkisi istənilən komandada hiss edilir. Bədəvi yaxşı oynadı Mənim özümə də idman formamı toplamağa vaxt lazımdı. Hər halda, zədə səbəbi ilə 50 gün meydandan kənarda qaldıqdan sonra, mən cəmi bir həftə məşq etmişəm. Buna görə də formamı tam yığmamışam.
- Növbəti turda “Rəvan”a qarşı oynayacaqsınız ki, onlar da bu mövsüm sizin üçün qeyri-münasib rəqib olub.
- Bu klub yarandığı andam mənim yadıma gəlmir ki. Biz onları rahatca məğlub edək. Onlr həmişə problemlər yaradıb. Bu dəfə doğma meydanda oynayacaqlar. Onların yeni, təcrübəli baş məşqçisi var. Bilirəm ki, bizə qarşı xüsusilə köklənəcəklər və özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Biz isə mütləq səy göstərməliyik ki, məqsədimizə nail olaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.