16 fevral 2014 00:25
Hər kəsi yerində saxlayan tur
Topaz Premyer Liqasının 21-ci turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, turun 1 oyunu cümə, qalan 4 oyunu isə şənbə günü keçirildi.
Həftənin ilk oyunu Zaqatalada baş tutdu. "Simurq" doğma azarkeşlər önündə "İnter"i qəbul etdi. "Qardaş" görüşü turun maraq kəsb edən oyunlarından biri idi. 20-ci turda "Rəvan"la qarşılaşmanın 94-cü dəqiqəsində "bankirlər"in heyətində Brüs Abdulaye və Vaqif Cavadovun sarı vərəqə alaraq Zaqataladakı oyunu buraxmaları artıq oyunun taleyinə öncədən aydınlıq gətirmişdi. Kaxaber Sxadadzenin komandası "qardaş"ından xal alacağını bildiyi üçün iki futbolçusunu "Neftçi" ilə oyuna saxlamağa qərar vermişdi. Liderlərlə xal fərqini artırmamaq üçün Bakı klubuna mütləq qələbə lazım idi. Lakin son turlarda qələbəyə həsrət qalan Georgi Çixradzenin komandada əhval-ruhiyyəni qaldırmaq üçün qələbəyə hazırlaşdığını demək olardı. "Bankirlər"in yeganə qolu Zaqataladakı görüşün taleyini həll etdi. Dieqo Madriqalın 72-ci dəqiqədə Amil Ağacanovun qoruduğu qapıya yol tapması komandasına 3 xal qazandırdı və qarşılaşma bu hesabla da başa çatdı. Beləliklə, 21 turdan sonra "İnter" xal hesabını 36-ya çatdıraraq 4-cü pillədəki mövqeyini möhkəmləndirdi. "Simurq" isə hələ də 25 xalla autsayderlər qrupunun həndəvərindədi.
Turun daha bir qarşılaşması Bakıda baş tutdu. Turun mərkəzi görüşündə "Bakı" və "Neftçi" üz-üzə gəldi. Bu oyunun favoriti kimi əvvəlcədən Milinko Pantiçin komandası göstərilirdi. Buna səbəb "Bakı"nın son turlarda qazandığı qələbələr və "Neftçi"nin aparıcı futbolçularının bir neçəsinin meydanda olmaması idi. Gözlənilən proqnozlar özünü doğrultdu və "ağ-qaralar" səfərdən xalsız qayıtmalı oldu. Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Karlos Kardoso və Tərlan Quliyevin xidmətindən məhrum olan komanda qapısından 2 top buraxaraq turnir cədvəlində irəliləyə bilmədi. Böyükağa Hacıyevin yetirmələri Bakı derbisindən məğlub ayrılmaqla turnir cədvəlinin 2-ci pilləsində qalmalı oldu. "Bakı" isə 21 turdan sonra 36 xalla 5-ci pillədə yer alıb.
Növbəti qarşılaşma Sumqayıtda keçirildi. "Sumqayıt" doğma azarkeşlər önündə "Rəvan"ı sınağa çəkdi. Bu qarşılaşma turnir cədvəlinin son pilləsinin sahibini müəyyən edəcəyindən hər iki komanda üçün əhəmiyyət kəsb edirdi. Yerli və gənc heyətə malik Aqil Məmmədovun şansı Güvənç Kurtara nisbətən daha az hesab edilirdi. Lakin ehtimallar özünü doğrultmadı. 90 dəqiqə ərzində ev sahiblərə qonaqlara daha çox təzyiq etdi. Elə ilk qol da meydan sahiblərindən gəldi və Rəhman Hacıyev komandasını hesabda önə keçirdi. Lakin ilk hissənin sonlarında Güvənç Kurtarın komandası hesabı bərabərləşdirməyə nail oldu və Miloş Adamoviç 44-cü dəqiqədə hesaba tarazlıq gətirdi. Rəqiblər daha sonra bir neçə dəfə dirəyi silkələsələr də, oyunda 3-cü qol olmadı. Nəticədə komandalar meydanı heç-heçə ilə tərk etdilər. Beləliklə, "Gənclik şəhəri" klubu sonuncu pillədən xilas ola bilmədi.
Digər bir qarşılaşma Qəbələdə baş tutdu. Artıq yüksəlişdə olan "Xəzər Lənkəran" çempionluğa iddialı "Qəbələ" ilə qarşılaşdı. Gərgin keçən qarşılaşma turun ən bol qollu oyunu oldu. Daniel Subotiçin dubluna "ağ-yaşıllar"dan Tounkara bir qolla, Mbilla isə dublla cavab verdi. Beləliklə, qarşılaşma ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Bu, demək olar ki, Yuri Syomin və komandası üçün gözlənilməz oldu. Əvvəlki turda "Qarabağ", daha sonra "Xəzər Lənkəran" məğlubiyyəti Qəbələ klubunu 3-cü pillədə və liderdən 5 xal geridə qərarlaşmağa məcbur etdi. Mustafa Dənizlinin komandası isə 21 turdan sonra xal ehtiyatını 29-a çatdıraraq, 6-cı pillədəki yerini qorudu.
Turun son oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Çempionluğa iddialı "Qarabağ" doğma meydanda AZAL-ı qəbul etdi. Bu oyunda Qurban Qurbanovun komandası üçün qələbə qaçılmaz idi. Belə ki, "köhlən atlar" qələbə qazanacağı təqdirdə liderliyini daha da möhkəmlənəcəkdi və ən yaxın izləyiciləri olan "Neftçi" və "Qəbələ" ilə xal fərqini artıracaqdı. Gözlənilənlər özünü doğrultdu və AZAL səfərdən xalsız qayıtdı. Çumbinyo və Leroy Corcun qoluna Şüvəlan klubundan yalnız Viktor İqbekoyi bir qolla cavab verdi. Nəticədə "Qarabağ" xal ehtiyatını 42-yə çatdırdı.