15 fevral 2014 00:13
Mahmud Qurbanov: Bakının əsl gücü Neftçi ilə oyunda görünəcək
Millinin məşqçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində həftəsonu keçiriləcək “Bakı” - “Neftçi” görüşündən, “Qəbələ”nin “Xəzər Lənkəran”la oyunundan danışıb:
- Həftəsonu Topaz Premyer Liqası paytaxt derbisi ilə əlamətdar olacaq. “Bakı” - “Neftçi” duelində hansı komandanın şansları yüksəkdir?
- Azarkeşləri çox maraqlı görüş gözləyir. Paytaxt derbisində hər iki komanda qələbəyə oynayacaq. “Neftçi” üçün çempionluğu qazanmaq üçün növbəti xal itkisi böyük zərbə olacaq. “Bakı” isə avrokuboklara vəsiqə qazanmaq üçün qələbə qazanmaq istəyəcək. Bakı qış fasiləsindən sonra iki oyun keçirib. “Rəvan” və “Simurq” üzərində qələbə qazanmaqla, müəyyən mənada özünə gəlib. Lakin “Neftçi” iki oyundan 4 xal qazanıb. Yəni, bir qələbə və bir heç-heçə.
- Amma “Neftçi” bu oyunlardan birini “Xəzər Lənkəran”la keçirib...
- “Xəzər Lənkəran”la görüşdə “Neftçi” yaxşı oynadı, sadəcə, qələbə hesabını qoruya bilmədi. Fikrimcə, “Bakı”nın hazırlıq dönəmində təlim-məşq toplanışının bəhrəsi məhz paytaxt derbisində məlum olacaq. “Bakı”nın əsl gücü “Neftçi” ilə oyunda görünəcək. Rəqiblər inciməsin, amma “Bakı”nın əvvəlki iki oyunu o qədər güclü komandaya qarşı olmayıb. “Neftçi” isə çempionatın ən güclü klublarından biridir.
- “Neftçi” “Bakı” ilə oyuna itkilərlə çıxacaq...
- “Neftçi”nin itkiləri çox ciddidir. Elə təkcə Ramosun yoxluğu böyük amildir. Ramos meydanda çox iş görürdü. Mahirin, Bertuççi, Kardosonun olmaması oyuna təsir edəcək. Mənə də maraqlıdır “Neftçi” müdafiədə boşluqları necə bərpa edəcək. Əsas müdafiəçilərin yoxluğunda bu amil çox vacibdir. “Bakı” da rəqibin zəif yerlərini bilir və çalışacaq həmin yoxluqlardan istifadə etsin. Bu mənada, “Bakı”nın qələbə şansı bir qədər yüksək görünür. Əgər “Neftçi”ni bu itkilərlə dayandıra bilməsə, deməli, “Bakı” hələ də öz oyununu tapa bilmir. Bu, “Bakı” üçün əsl şansdır.
- İndiki halda “Neftçi”də hansı futbolçu görüşün taleyini həll edə bilər?
- Yaxşı formada olan Rəşad Sadiqovla Araz Abdullayev liderliyi üzərlərinə götürməlidir. Flavinyo çalışmalıdır, komandaya kömək olsun. Bu futbolçular “Bakı” ilə matçı qələbə ilə başa vurmağa yardım edə bilər. Xüsusilə, Araz son matçlar liderliyi ilə seçilir. Unutmaq olmaz ki, “Bakı” da məğlubiyyət haqda düşünmür. Pantiçin komandası doğma arenada yalnız qələbəyə köklənəcək.
- “Bakı” hücumda o qədər fəal görünmür...
- “Bakı”nın hücumda aqressiv oynayan Rauf Əliyevi var. Bu futbolçu sözün əsl mənasında müdafiəçilərə başağrısı olub. Son matçlarda yaxşı formadadır. Meydanı qolsuz tərk etməməsi yaxşı haldır. Raufun oyunu “Neftçi” müdafiəsi üçün əsl problemə çevrilə bilər. Ardıcıl iki qələbədən sonra “Bakı”da ab-hava yaxşıdır. Özü də “Neftçi” ilə oyun paytaxt derbisidir. Futbolçular da başa düşür ki, bu oyunun dəyəri 3 xaldan artıqdır.
- Bu tur “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edəcək...
- “Qəbələ” stabil oyun sərgiləmir. Əsas rəqiblərlə görüşdə qələbə qazana bilmir. Bu mənada, “Qarabağ”a məğlubiyyətdən sonra “Xəzər Lənkəran” qarşısına çıxmaq çətin olacaq. Yuriy Syomin gələndən sonra komanda yaxşı tərəfə dəyişib. Amma avrokuboklara düşmək üçün sona qədər mübarizə aparmaq lazım olacaq. Ən əsası isə güclü rəqiblərə qalib gəlmək mümkündür.
- Kamran Ağayevlə Marat İzmaylovun “Qəbələ”yə keçidi komandanın gücünü artıracaqmı?
- Kamran peşəkar qapıçıdır. Növbəti tur “Xəzər Lənkəran”a qarşı oynamasında da heç bir prinsipiallıq yoxdur. Futbolda komandanı dəyişmək normal haldır. Ağayevin “Qəbələ” üçün lazımlı oyunçu olduğunu demək olar. İzmaylov Rusiyada tanınmış futbolçudur. Avropanın bir neçə məşhur klubunda forma geyib. “Qəbələ”yə nə dərəcədə lazımlı olacağını zaman göstərəcək.

- Berti Foqtsla görüşdə daha çox legioner limiti müzakirə olundu...
- Ümumiyyətlə, millinin məşqçilərinin klubdakı həmkarları ilə görüşü müsbət haldır. Əsas müzakirələr legioner limiti ilə bağlı oldu. Son qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq. Güman ki, 6 legioner limiti tətbiq olunacaq. Hər halda, məşqçilərin çoxu bu fikrin üstündə dayandı. Bununla yanaşı, meydana ya iki nəfər yaşı 21-dək olan, ya da bir nəfər yaşı 21 və yaşı 23-dək olan gənc futbolçu çıxacaq. Fikrimcə, istənilən halda, bu qərar gənclərin təcrübə qazanmasına təsir edəcək.
- Toplantıda eyni zamanda Qurban Qurbanovla Mustafa Dənizlinin İcraiyyə Komitəsinə üzv olması təklifi səslənib...
- Bu təklif başqa formada səslənib. Məşqçilər İcraiyyə Komitəsinin iclasında iki həmkarının iştirak etməsini istədi. Ona görə yerlilərdən Qurban Qurbanov, əcnəbilərdən isə Mustafa Dənizlinin namizədliyi səsləndi. Yəni, bu iki məşqçi həmkarları ilə icrakom arasında əlaqələndirici ola bilər. Lazım olarsa, icrakomun iclasında iştirak edərək müzakirələrə qatılacaqlar.