15 fevral 2014 11:44
Dieqo Madriqal: İnterdə oyun mənə Avropa klubuna keçməyə kömək edəcək
“İnter”in kostarikalı hücumçusu, TPL-in 21-ci turunda “Simurq”a qarşı səfər oyununda meydana çıxmasından iki dəqiqə sonra qola imza ataraq, komandasının minimal hesablı qələbəsini təmin etmiş Dieqo Madriqal maraqlı fikirlər səsləndirib. Azerisport.az Madriqalın fikirlərini diqqətinizə çatdırır:
“Mənim komanda yoldaşlarım və məşqçi xoşbəxt idilər. Mən bilirəm ki, ümidləri doğrultmaq üçün “İnter”də istənilən imkandan istifadə etməliyəm”.
Kostarikalı hücumçu sənədlərindəki problem səbəbi ilə əvvəlki iki oyunda komandasının heyətində debüt edə bilməmişdi.
“Mən əminəm ki, “İnter”də Avropa klublarının qeydlərinə düşə biləcəyəm. Bu, tamamilə realdır”, deyə futbolçu hesab edir.
“Mənə “İnter”in oyun üslubu xoş gəlir. Bu, mənə uyğundur. Məhz bu səbəbdən mən özümü burada sınamaq qərarına gəldim”, deyə Madriqal etiraf edib.
Xatırladaq ki, Madriqal Kosta-Rika yığmasında 11 oyun keçirib və bir qol vurub.
(La Nacion Costa Rica)
