15 fevral 2014 11:33
Tuqrul Erat Bundesliqada fərqləndi
Millimizn hücumçusu Tuqrul Erat İkinci Bundesliqanın oyununda qol vurub. Azerisport.az xəbər verir ki, Düsseldorf “Fortuna”sının şərəfini qoruyan Erat Berlin “Union”una qarşı oyunda 90 dəqiqə meydanda olub (1:1).
Bu qol Erat üçün son beş oyunda ikinci qoldur.
“Fortuna” 21 turdan sonra 27 xalla yarış cədvəlində 10-cu pillədə qərarlaşıb və lider “Köln”dən 12 xal geri qalır.
