15 fevral 2014 21:11
Yunisoğlu ehtiyatda qaldı, komandası uduzdu
Bu gün Türkiyə birinci liqasında növbəti turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” səfərdə “Ankaraspor”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Saşa Yunisoğlu oyunu ehtiyatda keçirib.
Hazırda “Tekden Denizlispor” 22 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
