15 fevral 2014 20:00
Qurban Qurbanov: Bu, mövsümün ən çətin oyunu idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - AZAL oyunu (2:1) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Bu, mövsümün ən çətin oyunu idi. AZAL-la həmişə problemlərimiz olur. Bu gün biz öz oyunumuzu göstərməyə çalışdıq. Rəqib isə oyun boyu öz oyun sxeminə sadiq idi. Biz qələbə haqda artıq unutmuşuq. Növbəti oyun haqda düşünmək lazımdır”.
