15 fevral 2014 19:33
Rəşad Sadıqov: Rəqib sona qədər döyüşdü, ancaq qələbə bizim oldu
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - AZAL oyunu (2:1) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Bu, çətin oyun idi. AZAL-la əvvəlki görüşlərdə rəqibi məğlub edə bilməmişdik. Ancaq bu dəfə məqsədimizə çata bildik. Xüsusən, ilk qol sevindirdi. Rəqib sona qədər döyüşdü, xüsusən, 1:2 dən sonra. Ancaq qələbə bizim oldu”.
