15 fevral 2014 18:33
Güvənc Kurtar: Oyun bərabər keçdi, buna görə də heç-heçə oldu
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Rəvan” oyunu (1:1) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Biz oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqəni hücum edirdik. Ancaq sonra meydan sahibləri təşəbbüsü ələ keçirdi. Onların heyətində dörd futbolçunu qeyd edərdim: Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov və Uğur Pamuk. Ümumilikdə oyun bərabər alındı, buna görə də heç-heçə oldu”.
