15 fevral 2014 17:33
Mustafa Dənizli: Böyük məqsədlər üçün oynaya biləcəyimizi göstərdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” - “Xəzər Lənkəran” oyunu (2:3) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Biz böyük məqsədlər üçün oynaya biləcəyimizi göstərdik. Fasilədən sonrakı üç oyunda yeddi xal toplamışıq. Mənə bu nəticə xoş gəlir. Bu ruhda da davam etmək istəyirik. Bu gün xarakter nümayiş etdirdik. Bu oyuna görə oyunçularıma minnətdaram”.
