15 fevral 2014 15:55
Milinko Pantiç: Neftçi öz oyununa fikir verməlidir
“Bakı”nın baş məşqçisi Milinko Pantiç TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Bakı” - “Neftçi” oyunu (2:0) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Biz yaxşı oyun göstərdik. Belə qələbələrdən sonra sevinmək də olar. “Neftçi” ikinci hissədə tez-tez hücum edirdi. Bunu gözləmirdik. Fasilədə oyunçularıma hər şeyin yaxşı olacağını deyib onları sakitləşdirdim. Onlardan hakimlərlə mübahisə etməməyi xahiş etdim. Flavinyo və Abdullayevi qapamaq tapşırığı verdim.
İndi çempionat bizim üçün başlayır. Biz Lənkərana qələbə dalınca gedəcəyik.
“Neftçi” Şükürov, Bertuççi və Kardoso ilə necə oynayardı? Bilmirəm.
Həmkarım Hacıyevlə razıyam ki, biz öz imkanlarımızı daha yaxşı dəyərləndirdik. Ancaq “Neftçi” ölkənin ən məşhur klubudur və öz oyununa fikir verməlidir”.
