15 fevral 2014 15:44
Böyükağa Hacıyev: İkinci hissədə öz köməkçilərimə dedim ki, biz qol buraxacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 21-ci turu çərçivəsində keçirilmiş “Bakı” - “Neftçi” oyunu (2:0) ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Aksioma - vurmayana vurarlar. Platye öz imkanını dəyərləndirsə idi, problem olmazdı. Bizim müdafiəmizdə bir sıra müdafiəçiləri itirdikdən sonra, nöqsanlar vardı. Kardoso, Şükürov, Bertuççi bizim üçün vacib oyunçulardır. Nfor da öz mövqeyində oynamırdı. İkinci hissədə öz köməkçilərimə dedim ki, biz qol buraxacağıq.
Baxodir Nasimov? Mən onu sona yarım saat qalmış meydana buraxdım, ancaq o, heç nə ilə yadda qalmadı. Platye qol vəziyyətləri arayırdı, Nasimov isə yox. Təəssüf ki, Kanales yoxdur, o, öz imkanlarını dəyərləndirərdi.
Növbəti oyunda Quliyev və Ramos qayıdacaq. Oyun sxemi dəyişəcək və biz fərqli oynaya biləcəyik.
Bugünkü oyunda təşəbbüs əlimizdə idi, ancaq bu qol gətirmədiyi təqdirdə heç kimə gərək deyil”.
