15 fevral 2014 13:31

Güvənc Kurtar: Azərbaycanda yaxşı yerli oyunçular azdır

"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına müsahibəsində Berti Foqtsla görüşündən, komandasının çempionatdakı mövqeyindən və Mustafa Dənizlidən danışıb:

- İlk öncə millinin baş məşqçisi Berti Foqtsla görüşünüz barədə soruşmaq istərdik. Legioner limiti ilə bağlı müzakirələr necə keçdi?
- Müzakirə aparmaq hər zaman maraqlıdır. Əlbəttə, hər məşqçinin öz baxışı ola bilər. Toplantıda bir neçə təklif səsləndi. Daha çox limitin 6 legionerdən ibarət olması məsələsi haqda danışıldı. Yəni meydanda 6 yerli, 5 əcnəbi futbolçu olsun. Yerlilərdən ikisi 21 yaşınadək, ya da biri 23 yaşadək olsun. Hər bir qərarın müsbət və mənfi təsiri ola bilər. Fikrimcə İcraiyyə Komitəsi ən düzgününü seçəcək. Əsas məqsəd, Azərbaycan futbolunun inkişafına dəstək olmaqdır. İndiki halda gənclərə şans vermək lazımdır.

- Sizcə yeni mövsüm limit 6 olsa, klublara necə təsir edə bilər?
- Yerli futbolçulara şans verilməsi yaxşı haldır. Sadəcə limitin 6 olması avrokuboklarda iştirak edəcək klublara təsir edəcək. Etiraf etmək lazımdır ki, yüksək səviyyəli yerli futbolçular azdır. Klublar avrokuboklar zamanı əcnəbilərə inanmağa məcbur olur. Bu mənada limit onlara problem yarada bilər. 

- "Rəvan"ın "Sumqayıt"la görüşə hazırlığı hansı vəziyyətdədir?
- “Sumqayıt” mənə görə mübariz klublardan biridir. Bu komandanın futbolçuları sona qədər mübarizə aparır. Nəticədən asılı olmayaraq futbolçularda əzmkarlıq ruhu var. Ona görə görüşün asan olacağını düşünmürəm. Bizim indiki vəziyyətimiz qələbə qazanmağımızı məcbur edir. Meydana qələbə üçün çıxacağıq. Lakin “Sumqayıt”ın asan təslim olacağını düşünmək yanlışlıq olardı. 

- "Rəvan" Premyer Liqanı tərk etsə, günah kimdə olacaq?
- Biz bu barədə düşünmürük. Qarşıda çoxlu oyunlar var. Məqsədimiz xal toplamaqdır. Siz dediyiniz hal olsa, çox pis olar. Komandanın premyer liqada qalmasına həm şansı, həm də gücü var. Futbolçular əvvəlki səhvləri buraxmadan meydana əsaslı çıxmalıdır. Heyətdə müəyyən dəyişikliklər oldu. Yeni transferlərimiz bizə kömək olacaq. "Rəvan" Premyer Liqanı tərk etmək istəmir və etməyəcək. Bunun üçün komanda olaraq işləyəcəyik.

- Çempionatda bir neçə turu arxada qoydunuz. Azərbaycan Premyer Liqası haqda nə fikirdəsiniz?
- Çempionatınız maraqlıdır. Rəqabət yüksəkdir. Klublarınız yığmada oynayan legionerlərlə güclənir. Ölkədə güclü legionerlər çıxış edir. Mən çempionatın indi başladığını düşünürəm. Liderlərlə digər klublar arasında xal fərqi çox olsa belə əsas mübarizə irəlidədir. “İnter”, “Bakı” kimi komandalar daha yaxşı oyun sərgiləyir. Onları siyahıdan silmək olmaz. Çempion olmaq istəyən komanda onlarla hesablaşmalı olacaq.

- Sizcə ilk üçlükdə olan klublardan hansının çempionluq şansı yüksəkdir?
- Onların çempionluq şansı bərabərdir. “Qarabağ”ın oyununu çoxları bəyənir. Onları topu saxlamaqla rəqibə oyununu diktə etməyi bacarır. “Neftçi” yüksək səviyyəli futbolçulardan qurulan komandadır. “Qəbələ” də xeyli güclənib. Hər üçünün şansı var. Fikrimcə çempionluğu 1-2 xal həll edəcək. Artıq hər oyunda qızıl xallar oynanılır. Ona görə indidən nə isə demək çətindir.

- Mustafa Dənizlinin “Xəzər Lənkəran”ı haqda nə düşünürsünüz?
- “Xəzər Lənkəran” çox dəyişib. Fasilədən sonrakı ilk oyunda “Qarabağ”a qalib gəldi. Ardınca “Neftçi” iylə 2:2 oynadı. Mustafa Dənizli komandanı yavaş-yavaş dəyişir. Onun işi görünür. Getdikcə, komanda daha yaxşı oyun sərgiləyəcək. Əgər çempionat indi başlasaydı, “Xəzər Lənkəran” çempionluğa əsas namizədlərdən sayılardı. Bu komanda tam başqa futbol oynayacaqdı.

- Bizdə “Xəzər Lənkəran” - “Neftçi” görüşünü tez-tez “Qalatasaray” - “Fənərbağça” matçı ilə müqayisə edirlər. Bu haqda eşitmisiniz?
- Hər bir çempionatda prinsipial görüşlər var. “Xəzər Lənkəran” - “Neftçi görüşü Azərbaycan futbolunun derbisidir. Belə oyunların çox olması yaxşı haldır. Amma matçdan sonra baş verən hadisələri pisləyirəm. Türkiyədə də derbidən sonra olaylar olur. Bunun qarşısını indidən almaq lazımdır. Hər iki komanda normal münasibətdədir. Sadəcə, meydanda rəqibdirlər. Oyundan sonra azarkeşlər və ya futbolçular arasında problemin olması yaxşı deyil. Futbolçular matç ərəfəsində verdikləri açıqlamalara önəm verməlidirlər. Bəzilər dedikləri sözlərlə azarkeşlərə təsir edir. İstənilən halda, bu oyunun maraq dairəsi yüksəkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.