14 fevral 2014 20:22
Cihan Özkara zədələndi
Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara Türkiyə Superliqasının 21-ci turu çərçivəsində “Eskişehirspor”a qarşı keçiriləcək oyunu buraxa bilər. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, futbolçunun zədəsi var və o, bu gün keçirilmiş məşqdə iştirak etməyib.
Hazırda Özkaranın növbəti qarşılaşmada meydana çıxacağı məlum deyil.
