14 fevral 2014 18:55
Georgi Çixradze: Səhvlərimiz ucbatından uduzduq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qış fasiləsindən sonrakı matçlarda rəqiblərimizə məğlub oluruq. Öncə "Neftçi"yə böyük hesabla uduzduq, sonra doğma meydanda "Bakı"ya məğlub olduq. Bu oyunda da əvvəlkilərdə olduğu kimi, öz səhvlərimiz ucbatından uduzduq. Təəssüf ki, ardıcıl xallar itiririk. Amma növbəti oyunlarda vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq".