14 fevral 2014 18:35
AFFA Pro Lisenziya kursu təşkil edəcək
2014-cü il iyun ayından etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil olunacaq. Azerisport.az xəbər verir ki, kurs modullar şəklində keçiriləcək və fasilələrlə 1 il ərzində davam edəcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Minimum yaş həddi: 30
6. A lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir)
7. A lisenziyasını ən azı “3” qiyməti ilə almış olmalıdır
8. A lisenziyası və diplomun surəti
9. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi
Qeydlər:
Sənəd qəbulu 15.02 - 15.04.2014 tarixlərində Texniki Departamentdə aparılacaq. Sənəd təqdim edənlərin arasından 10-12 nəfər seçiləcək.
Kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr)
Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.