14 fevral 2014 17:55
Qarabağ AZAL-a qarşı oyuna hazırdır
“Qarabağ” AZAL-la oyuna hazırdır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XXI turunda “təyyərə”çiləri qəbul edəcək komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
“Qarabağ”ın oyun öncəsi son çalışması 1 saat davam edib. Heyətdə tək itki Admir Telidir. Albaniyalı hələ iki həftə sonra meydanlara dönəcək. Əvəzində Antalyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnmiş Nikolas Gelaşvili tamamilə sağalıb və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxacaq.
Qeyd edək ki, “Qarabağ” - AZAL görüşü fevralın 15-i, şənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun 17:00-da start götürəcək.
(Klub saytı)
