14 fevral 2014 14:14
Bakı iki itkiyə rəğmən, derbiyə hazırdır
Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün isə komanda oyun öncəsi son məşqini keçirib.
11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydan boyu qaçaraq, dartınma hərəkətlərini icra edib. Ardınca, mərkəzə cəmlənən oyunçular qısa və uzaq məsafələrə sürətli qaçış tapşırığını reallaşdırıb. İkili ötürmə çalışmalarına da yer ayıran baş məşqçi Milinko Pantiç məşqin çox hissəsini “kvadrat” oynamağa həsr edib. Sonda yüngül qaçış və dartınma hərəkətlərini təkrarlayan futbolçular bununla da məşqi başa vurub.
Qeyd edək ki, profilaktik müalicə alan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Şəhriyar Əliyev isə 1 saatlıq yüngül qaçışla kifayətlənib.

(Klub saytı)