14 fevral 2014 14:00

Milinko Pantiç: Neftçinin Bakı üzərində böyükhesablı qələbələr dövrü axada qaldı

Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyun öncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Əlbəttə, çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər. Sabah keçiriləcək oyunda heç bir komandanı favorit saymaq olmaz. Hər iki kollektivin çox güclü heyəti var. Statistikaya əsasən daxili çempionatda “Bakı”nın “Neftçi”ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. “Neftçi”nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaq. Hər biri də “Bakı”ya qarşı daim döyüşməyə hazırdır. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq. Bundan əvvəl televiziyada dumanlı görünən “Xəzər Lənkəran” - “Neftçi” görüşünü izlədim. Hərçənd mübarizəni daha aydın görə bilmədim. Amma orda baş verənlər Azərbaycan futbolu üçün böyük zərərdir. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir. “Bakı”ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividir və bu kimi hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdir ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik”.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.