14 fevral 2014 13:33

Ruslan Əmircanov: Simurqla İnterin qardaşlığını heç vaxt hiss etməmişəm

"İnter"in futbolçusu Ruslan Əmircanov azerisport.az saytına müsahibəsində “Rəvan”la oyundan, “Simurq”la səfər matçından və Vaqif Cavadovdan danışıb:

- “İnter”in “Rəvan” üzərində qələbəsində bir qədər bəxt amili də rol oynadı...
- “Rəvan”ın Bakı klubuna böyük hesabla uduzması bizi çaşdırmasın. Bu komandada yaxşı futbolçular çoxdur. Baş məşqçimiz demişdi ki, diqqətli oynayaq. Çünki, “Rəvan” əvvəlki turdakı məğlubiyyətin əvəzini çıxmaq istəyəcək. İlk qoldan sonra çoxlu sayda vəziyyətimiz olsa da, istifadə etmədik. Qol şanslarımız çox idi. Amma top qapıdan keçmirdi. İkinci hissədə “Rəvan” azlıqda qalmasına baxmayaraq, irəli atıldı və buraxılan qolun əvəzini çıxdı. Müəyyən mənada, bəxtimiz gətirdi. Tanrı bizə kömək oldu. Son dəqiqələrdə qapı qarşısında kobudluq oldu. Penalti zərbəsində Vaqif Cavadov qələbə topunu vurdu.

- Matçdan sonra “Rəvan” rəsmiləri penaltinin şübhəli olduğunu deyib...
- Həmin hücum zamanı cərimə meydançasına ötürməni mən verdim. Bir qədər aralıda olduğum üçün yaxşı görmədim həmin anı. Penaltidən sonra qapının yaxınlığında olan Rəvanın futbolçularından soruşdum. Onlar penaltinin haqlı qərar olduğunu dedi. İnternetdə yayılan görüntülərdə yaxşı izləmək mümkün deyil. Amma stadionda olanlar gördü ki, Vaqifə toxunuş olub. Ona görə 11 metrlik cərimə zərbəsi təyin olundu.

- Növbəti tur rəqibiniz “Simurq” olacaq...
- Bəziləri “Simurq”la “İnter”in qardaş komanda olmasını söyləyir. Amma inanın, iki ildir “İnter”in şərəfini qoruyuram. Bu müddətdə qardaşlığı hiss etməmişəm. Bizə qarşı həmişə əzmkar mübarizə aparıblar. Bakı klubunun qalib gəlməsinə baxmayaraq “Simurq”un yaxşı komanda olması sirr deyil. Yaxşı top saxlayırlar. Zaqataladakı oyun çox çətin olacaq. Çünki, onlar ardıcıl görüşlərdə xal itirib. Əgər səfərdə Simurqu məğlub edə bilsək, çox sevinərik.

- Liderlərin xal itirməsinə yəqin ki, sevinirsiniz. Çünki, xal fərqi azalır...
- “Xəzər Lənkəran” - “Neftçi” görüşünə baxanda hesab 2:0 idi. Son dəqiqələri izləmədim. Hesab etdim ki, “Neftçi” artıq qələbə qazanıb. Həm də İnternetdə yayımın keyfiyyəti yüksək deyildi. Sonradan heç-heçəylə başa çatdığını eşidəndə təəccübləndim. Digər rəqiblərin xal itirməsi işimizə yaraya bilər. Amma biz oyunumuz barədə fikirləşməliyik. Əgər qələbə qazana bilməsək, bizə heç kim kömək etməyəcək. Əsas, öz oyunumuzdu. Hər bir liderlər oyunumuz olacaq. Həmin matçlardan 3 xalla ayrılmaq vacibdir.

- Vaqif Cavadov bombardirlər siyahısında liderdir. Komanda yoldaşları onun daha çox qol vurmasına kömək ola bilər?
- Vaqif “İnter”ə gəlməmişdən əvvəl, bir qədər zəif nəzərə çarpırdı. “Qarabağ”da oynadığı zaman çoxları onun ulduzunun söndüyünü deyirdi. Amma “İnter”ə gələndən sonra yenidən optimal formasını topladı. Baş məşqçimiz bizim hər birimizdən yaxşı oyun sərgiləməklə yanaşı, komanda mübarizəsi tələb edir. Bizim üçün qolu kim vurmasının fərqi yoxdur. Əlbəttə, Cavadovun bombardirlik siyahısında lider olması yaxşı haldır. Amma sabah Vaqif təkbətək mübarizədə olduğu zaman daha yaxşı mövqedə olan komanda yoldaşına ötürmə verə bilər. Əksinə mən özüm də elə edərəm. Fikir verirsinizsə, bəzən mən də fərqlənirəm. Və ya yarımmüdafiəçimiz, müdafiəçimiz qol vurur. Əsas 3 xalı qazanmaqdır. Bununla belə Vaqif qollarının sayını artıra bilır.

- “İnter”in avrokuboklar şansı çox az görünür. Çünki, mükafatçılar sırasına düşməyiniz çətin olacaq...
- Çempionatın startında ardıcıl 6 görüş məğlub olanda bəziləri “İnter”in premyer liqada qalmaq uğrunda mübarizə aparacağını düşünürdü. Amma biz toparlanaraq irəliləməyi bacardıq. İndi bizim mükafatçılar sırasına düşəcəyimizə inanmırlar. Qoy, elə fikirləşsinlər. Çünki, onların elə fikirləşməsi xeyrimizədir. Şanslar azalmayıb. Qarşıda çoxlu vacib oyunlar var. “İnter” sabit olaraq, avrokuboklara vəsiqə qazanmağı bacarıb. Bu dəfə də bunu təkrarlamalıyıq. Azərbaycan Kubokunda da mübarizəni davam etdiririk.

- Kubokda rəqibiniz “Neftçi” olacaq...
- Azərbaycan çempionu haqda danışmağa ehtiyac yoxdur. Biz indi kubok barədə düşünmürük. Bütün fikrimiz növbəti matça “Simurq”la oyuna yönəlib. Vaxtı gələndə, “Neftçi” barədə düşünəcəyik. Bu görüş paytaxt derbisi olacaq. Azərbaycan Kubokunda mümkün qədər irəli getmək istəyirik. Çünki, kubokdan avrokuboklara vəsiqə qazanmaq mümkündür. Yeni transferlərimiz də gücümüzə güc qatacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.