14 fevral 2014 00:33
Topaz Premyer Liqasında 21-ci tur həyacanı
Bu gün və sabah Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmalardan biri ilk, qalan dördü isə ikinci oyun günündə baş tutacaq.
Turun açılış matçında "Simurq" doğma meydanda "İnter"lə üz-üzə gələcək. Üçüncü dövrəyə çox uğurlu başlayan "bankirlər" əvvəlki hər iki matçında qalib gəlib. Paytaxt klubu Zaqatalada qələbə seriyasını davam etdirməyə çalışacaq. Amma bu, bakılılar üçün heç də asan başa gəlməyəcək. Çünki "Simurq" qış fasiləsindən sonrakı hər iki matçında məğlubiyyətlə üzləşib və ardıcıl üçüncü dəfə eyni aqibəti yaşaması inandırıcı görünmür. Hər halda futbol ictimaiyyətinin "qardaş" statusu verdiyi bu klubların dueli maraqla gözlənilir.
Şənbə günü öncə paytaxt derbisi baş tutacaq. "Bakı" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. Son turda Lənkəranda xal itirən "ağ-qaralar" əzəli rəqibi "Xəzər Lənkəran"la oyunda heyət baxımından da böyük itkilərlə üzləşdi. Belə ki, Tərlan Quliyev, Mahir Şükürov, Erik Ramos, Bruno Bertuççi və Karlos Kardoso kimi futbolçular derbidə son ölkə çempionuna kömək edə bilməyəcək. Bu üzdən "Neftçi"nin "Bakı" ilə qarşılaşmada ciddi çətinliklə üzləşəcəyi şübhəsizdi. Əvəzində "zolaqlılar" bu fürsətdən maksimum yararlanıb növbəti qələbəsini qazana bilər. Hər halda doğma meydan amili də bu baxımdan Milinko Pantiçin komandasının işinə çox yarayacaq.
Daha bir prinsipial qarşılaşma Qəbələdə keçiriləcək. Burada şəhərin eyniadlı komandası "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Son turda doğma meydanda "Qarabağ"a uduzan "Qəbələ" bu məğlubiyyətin əvəzini cənub təmsilçisindən çıxmağa çalışacaq. Amma Mustafa Dənizlinin gəlişindən sonra uduzmayan "ağ-yaşıllar"ı məğlub etmək Yuri Syominin komandası üçün heç də asan olmayacaq.
Növbəti qarşılaşma çempionatın iki autsayderi arasında baş tutacaq. Sonuncu sırada qərarlaşan "Sumqayıt" özündən bir pillə öndə olan "Rəvan"ı qəbul edəcək. Turnir cədvəlindəki mövqelərinə baxmayaraq, tərəflərin dueli maraqla gözlənilir. Çünki qələbə qazanacaq komanda elitada qalmaq yönündə önəmli addım atmış olacaq. Hazırda 9-cu olan "Rəvan" qalib gəlsə, əsas izləyicisindən bir qədər də aralanmaq fürsəti yaxalayacaq. "Sumqayıt" isə əsas rəqibini qabaqlamaq, uzun müddətdi qərarlaşdığı son pilləni tərk etmək şansına malikdi.
Nəhayət, turun qapanış matçında lider "Qarabağ" AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Vaqif Sadıqovun rəhbərlik etdiyi dönəmdə "təyyarəçilər"lə oyunlarda ciddi problemlə üzləşən Ağdam klubunun bu dəfə də asan qələbə qazanması inandırıcı görünmür. Amma Qurban Qurbanovun komandasının liderliyi qorumaq üçün 3 xal əldə etməkdən başqa çıxış yolu yoxdu. Elə qonaq komanda da turnir cədvəlindəki vəziyyətini düzəltmək üçün mütləq xal və ya xallar qazanmalıdı.
Topaz Premyer Liqası
21-ci tur
14 fevral (cümə)
15:00. Simurq – İnter
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu.
15 fevral (şənbə)
13:30. Bakı – Neftçi
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Qəbələ – Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər stadionu.
16:00. Sumqayıt – Rəvan
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
17:00. Qarabağ – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bombardirlər:
10 - Vaqif Cavadov (İnter)
8 - Reynaldo (Qarabağ)
7 - Rauf Əliyev (Bakı), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ)
6 - Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran).

| 1 | Qarabağ | 20 | 11 | 6 | 3 | 32 | 12 | +20 | 39 |
| 2 | Neftçi | 20 | 11 | 5 | 4 | 32 | 21 | +11 | 38 |
| 3 | Qəbələ | 20 | 12 | 2 | 6 | 30 | 17 | +13 | 38 |
| 4 | İnter | 20 | 10 | 3 | 7 | 31 | 23 | +8 | 33 |
| 5 | Bakı | 20 | 10 | 3 | 7 | 35 | 22 | +13 | 33 |
| 6 | XL | 20 | 6 | 8 | 6 | 19 | 26 | –7 | 26 |
| 7 | Simurq | 20 | 6 | 7 | 7 | 19 | 18 | +1 | 25 |
| 8 | AZAL | 20 | 6 | 7 | 7 | 20 | 27 | –7 | 25 |
| 9 | Rəvan | 20 | 1 | 6 | 13 | 11 | 39 | –28 | 9 |
| 10 | Sumqayıt | 20 | 1 | 5 | 14 | 13 | 37 | –24 | 8 |