13 fevral 2014 12:33
Radarlar gəmiqayıranlara qarşı hazırlığı davam etdirir
"Qəbələ" - "Qarabağ" (0:1) matçının ardından iki gün istirahət etmiş "qırmızı-qaralar" fevralın 11-dən etibarən XXI turun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" matça gündəlik bir məşqlə hazırlaşır.
Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Elnur Allahverdiyev sarı vərəqə limitini doldurduğuna (4 sarı) görə "Xəzər Lənkəran"la oyunda iştirak edə bilməyəcək.
Xatırladaq ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı fevralın 15-də 15:00-da baş tutacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
