13 fevral 2014 12:22

Yuri Syomin: Yığma və klub məşqçilərinin fikrinin uyğun olması mütləq deyil

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində AFFA baş katibi Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev və millinin baş məşqçisi Berti Foqtsun TPL klublarının məşqçiləri ilə görüşündə legioner limiti, Qurban Qurbanov və Mustafa Dənizlinin namizədliyi, həmçinin, TPL-in 21-ci turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun haqda danışıb.
- Dünən AFFA-nın mənzil-qərargahında növbəti mövsümdə ölkə çempionatında legioner limiti ilə bağlı məsələ müzakirə edilib. Siz orada olmamısınız, ancaq məşqçilərin bu məsələ ilə bağlı konsepsiyasının tərtib ediləcəyi ilə bağlı qərar qəbul edilib və siz yəqin ki bunun hazırlanmasında iştirak edəcəksiniz. Sizin bu barədə fikriniz nədir?
- Mən düşünürəm ki, hazırkı 6+4+1 limiti daha münasibdir. Birincisi, bu sxemə vaxt vermək lazımdır. İkincisi, bu sxem liqa və oyunçularına tərəqqi imkanı verir. Dəyişikliklərə zərurət görmürəm.
- 6+3+2 limitinin nəyi pisdir ki, burada +2 21 yaşa qədər olan oyunçulardır?
- Dediyim kimi, limiti tez-tez dəyişmək olmaz. Bu, çempionatın səviyyəsinə təsir edəcək. Bir çox gənc oyunçular heyətdə yeri ilə bağlı arxayınlıq olacaqlar və can yandırmayacaqlar. Bu medalın biz düşündüyümüzdən daha çox əks tərəfi var. Gənc oyunçuların süni surətdə heyətə qatılmasından özümüzü sığortalamalıyıq. Onlar döyüşməli, heyətdə öz yerləri uğrunda mübarizə aparmalıdırlar. Sağlam düşüncəli heç bir məşqçi perspektivli yerli oyunçunu legionerə dəyişməz.
- Sizə elə gəlmir ki, bu sual yığma və klub məşqçilərinin münasibətlərinə paz vurur?
- Biz məşqçiyik və həmişə ümumi dil tapa bilərik. Yığmanın baş məşqçisinin öz görüş dairəsi var. Klub məşqçilərinin isə öz. Yığma və klub məşqçilərinin fikrinin uyğun olması mütləq deyil. Mən düşünürəm ki, həmişə qarşılıqlı razılaşma mümkündür.
- Klubların maraqlarını AFFA İcraiyyə komitəsinin iclasında “Qarabağ” və “Xəzər Lənkəran”ın baş məşqçiləri, müvafiq olaraq Qurban Qurbanov və Mustafa Dənizli müdafiə edə bilər. Onların namizədliyini dəstəkləyirsiniz?
İkiəlli razıyam. Onlar əhəmiyyətli şəxsiyyətlərdir. Qurbanov və Dənizli əla mütəxəssislərdir və onlar özünü kifayət qədər isbat ediblər. Mən əminəm ki, öz işlərinin öhdəsindən gələ biləcəklər. Həmçinin, onlar həm də çox maraqlı insanlardır.
- Bu maraqlı adamlardan birinin komandası ilə siz TPL-in 21-ci turu çərçivəsində üzləşəcəksiniz. “Xəzər Lənkəran”a qarşı oyundan nə gözləyirsiniz?
- Xəzər Lənkəran” təhlükəli rəqibdir. Mustafa Dənizlinin rəhbərliyi altında məğlub olmayıblar. Komandada yaxşı ab-hava müşahidə olunur. Bu, “Neftçi”yə qarşı oyunda onlar heç-heçəni son dəqiqələrdə qoparanda görünürdü. Buna rəğmən, biz öz oyunumuza meylli olacağıq. Öz səhvlərimizi təhlil edib onları təkrarlamamağa çalışacağıq.
- Siz artıq kifayət qədər uzun müddətdir ki, “Qəbələ”də işləyirsiniz. Bu bir neçə ay ərzində sizi Azərbaycan futbolunda ən çox nə təəccübləndirib?
- Mən oyunların təşkili, münasib hakimliyə xoş mənada təəccüblənmişdim. Əlbəttə, hamı səhv edir. Ancaq belə hallar futbolun tərəqqi etdiyi bütün ölkələrdə baş verir. Eyni halı bir neçə il qabaq biz Rusiya və Ukraynada da müşahidə edə bilərdik.
- Bu, xoş sürprizlərdir, bəs mənfi hallar?
- Oyuna gələn azarkeşlərin az olması. Bəzən bizim çempionatda çox maraqlı oyunlar keçir. Ancaq buna az sayda adam baxır. Bu, kədərlidir. Mənə elə gəlir ki, Azərbaycan futboluna bir qədər çox reklam lazımdır. Əgər futbol Azərbaycanda heç bir təəssürat oyatmasaydı, bu halda, suallar olmazdı. Ancaq axı mən xatırlayıram ki, SSRİ çempionatı zamanı “Neftçi”nin oyunlarında Mərkəzi stadion necə dolu olardı. Demək, futbola maraq genetik səviyyədədir. Sadəcə, bunu oyatmaq qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.