13 fevral 2014 00:40
Futbolçu qızlarımız qələbə qazandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qələbə qazanıb.
Hər iki qolu Gizem Tenekeci vurub.
(AFFA)
