13 fevral 2014 00:22
Böyükağa Hacıyev: Yeni mövsümdən meydanda yalnız 6 legioner oynaya bilər
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında millinin baş məşqçisi ilə görüşdə müzakirə olunan legioner limitindən danışıb:
"Əsas məsələ legioner limiti oldu. Mən təkliflər arasında 3-cü bəndi müsbət dəyərləndirdim. Yəni yeni mövsümdən hər komandanın heyətində meydanda 6 legioner, 3 yerli futbolçu, 1 yaşı 21-dək, daha 1 isə yaşı 23-dək olan futbolçu olsun. Çünki, yaşı 23 olan gənc futbolu atmalı deyil. Onlara şərait yaratmalıyıq meydana çıxmaq üçün. Bütün məşqçilər fikrini söylədi. Maraqlı fikir mübadiləsi oldu. Belə görüşlər nə qədər çox olsa, bir o qədər yaxşıdır".
